Camal Qaşıqçı cinayəti ilə bağlı yeni detal üzə çıxıb

Camal Qaşıqçı cinayəti ilə bağlı yeni detal üzə çıxıb
16 İyun 2021
Mətni dəyiş

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı yeni detallar ortaya çıxıb. 

Məlumata görə, Camal Qaşıqçını öldürmək üçün təlimatlandırılan qrup Türkiyənin İstanbul şəhərinə uçan zaman Misirdə eniş edib və qətldə istifadə etmək üçün paytaxt Qahirədən ölümcül dozada narkotik tərkibli dərmanlar alıb.

Xarici KİV məlumatı qətli törədən komanda üzvlərinin ifadələrinə istinadən yayıb.

Kimdən alındığı bilinməyən narkotik vasitə qətl törədilən zaman Qaşıqçının sol qolundan bədəninə ötürülüb və bir neçə dəqiqə içində ölümcül təsirini göstərib.

Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb və onun cəsədi hissələrə bölünərək 5 kisəyə doldurulub, konsulluğun binasından çıxarılıb. O, konsulluqda öldürülməzdən 3 gün əvvəl verdiyi müsahibədə Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlərin həbs olunduğunu deyib. Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun