Bir neçə böyük vebsayta giriş məhdudlaşdırıldı

Bir neçə böyük vebsayta giriş məhdudlaşdırıldı
9 İyun 2021
Mətni dəyiş
Çərşənbə axşamı səhər saatlarında ABŞ-ın bulud kompüter serverləri xidməti olan Fastly-də yaranan nasazlıq səbəbindən böyük vebsaytlara giriş mümkün olmayıb. Nasazlıqdan CNN, The Guardian and The New York Times kimi iri media qurumlarının veb səhifələri, eləcə də canlı yayım platforması Twitch və Britaniyanın hökümət vebsaytları təsirlənib. Lakin saytlara giriş bir neçə saatdan sonra bərpa edilib. Nasazlıq CNN-in Asiya və Honq-Konqdakı saytlarına da təsir edib. Fastly şirkəti problemin səbəbini müəyyən etdikdən bir saat sonra bildirib ki, "Problem müəyyən edildi və düzəliş tətbiq olundu". Şirkət problemə bir xidmətdəki konfiqurasiya məsələsinin səbəb olduğunu və bunun daxili bir nasazlıq olduğunu bildirib. Kaliforniyanın San Fransisko şəhərində yerləşən Fastly bir çox populyar internet saytlarına bulud serverləri təqdim edən bir məzmun çatdırılma şəbəkəsidir. Serverlər istifadəçilərə daha yaxın olmaq üçün şəkilləri, videoları və digər məzmunları dünyanın müxtəlif yerlərində saxlayır. Serverlərin istifadəçilərə yaxın olması kontentə daha sürətli giriş əldə etməyə imkan verir. Xatırladaq ki, bu kəsilmə ABŞ-ın ən böyük yanacaqdaşıyan boru kəmərinə edilən kiberhücumdan bir ay sonra ortaya çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun