Bir ay əvvəl Belçikada hərbi hissədən qaçan radikal sağçı əsgər ölü tapılıb

Bir ay əvvəl Belçikada hərbi hissədən qaçan radikal sağçı əsgər ölü tapılıb
21 İyun 2021
Mətni dəyiş

Bir ay əvvəl Belçikada orduya məxsus ağır silahları da götürərək hərbi hissədən qaçan radikal sağçı əsgər Jürgen Coniqs ölü tapılıb.

Belçika mətbuatının yaydığı məlumata görə, axtarış əməliyyatlarının aparıldığı meşəlik əraziyə yaxın bir yerdə bələdiyyə sədri velosiped sürən zaman ətrafa pis iy yayan bir cəsəd tapıb.

O, bu barədə polisə məlumat verib. Hadisə yerinə gələn polislər cəsədə baxış keçirdikdə məlum olub ki, cəsəd bir ay əvvəl hərbi hissədən qaçan əsgərə aiddir.

Cəsəd üzərində yoxlanışdan sonra, tibbi arayış veriləcək. Hər şey bundan sonra tam aydın olacaq. İlkin məlumata görə, o, agır silahla intihar edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun