Belarus Qərbin sanksiyalarını "iqtisadi müharibə elanı" adlandırdı

Belarus Qərbin sanksiyalarını "iqtisadi müharibə elanı" adlandırdı
23 İyun 2021
Mətni dəyiş
"Belarus Avropa sanksiyalarını iqtisadi müharibə elanı kimi qəbul edir" - deyə Belarus Xarici İşlər Nazirliyi bildirib. Nazirlik bu bəyanatı ABŞ, Avropa İttifaqı, Britaniya və Kanada tərəfindən təyyarə qalmaqalının ardından bir neçə yüksək səviyyəli Belarus rəsmisinə qarşı sanksiya elan etməsindən sonra yayıb. Bundan əlavə, Aİ Belarusun potaş və neft məhsulları kimi əsas ixrac mallarını da hədəf alan iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib. "(Aİ) guya rejimi maddi cəhətdən qurutmaq üçün "əhaliyə qarşı məqsədyönlü dağıdıcı hərəkətlərini davam etdirir. Əslində isə bu, iqtisadi müharibə elanının sərhəddidir", bəyanatda deyilir. Belarus mayın 23-də Yunanıstandan Litvaya istiqamət alan Ryanair təyyarəsini təcili eniş etməyə məcbur etdikdən sonra müxalif jurnalist Roman Protaseviçi sevgilisi ilə bilikdə həbs edib. Protaseviç avtoritar prezident Aleksandr Lukaşenko hökumətinə qarşı etirazlar zamanı Telegram sosial şəbəkəsində insanları məlumatlandırmaq üçün xəbər kanalı yaradıb. Həbs olunduqdan sonra 26 yaşlı jurnalist dövlət televizisiyasında hərəkətlərinə görə Lukaşenkodan üzr istəyərək göz yaşı töküb. Lukaşenkonun tənqidçiləri Protaseviçin buna məcbur edildiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun