Belarus Hava Yollarına Aİ ərazisindən uçuş və eniş qadağan edildi

Belarus Hava Yollarına Aİ ərazisindən uçuş və eniş qadağan edildi
5 İyun 2021
Mətni dəyiş
Avropa İttifaqının səfirləri Belarusa məxsus hava yolu şirkətlərinə Aİ ərazisi üzərindən uçmaq və ittifaqa daxil olan hava limanlarına eniş etməsini qadağan edən addımlar atıb. Bu barədə iyunun 4-də Avropa İttifaqı rəsmiləri xəbər verib. Aİ-nin bu addımı müxalifətçi jurnalist Roman Protaseviçin olduğu Ryanair təyyarəsinin mayın 23-də qırıcı təyyarə vasitəsi ilə Belarusa məcburi endirilməsi və daha sora jurnalistin rəfiqəsi ilə birlikdə həbs olunmasına cavab olaraq atılıb. Qadağalar iyun ayının 5-dən etibarən tətbiq olunmağa başlayıb. Qərara etiraz etmək istəyən ittifaq ölkələri Mərkəzi Avropa vaxtı ilə 14:00-a qədər etirazlarını bildirə bilər, lakin bunun baş verməyəcəyi gözlənilir. Aİ eyni zamanda ittifaq ölkələrinə məxsus aviaşirkətlərə Belarus üzərindən uçuşlardan çəkinmələrini də tövsiyə edir. Lakin bu tövsiyə icbari deyil. Bundan əvvəl isə 2 iyun tarixində Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi bütün ittifaq təyyarələrinin fövqəladə vəziyyət olmadığı təqdirdə Belarus hava məkanı üzərindən keçməməsi lazım olduğunu söyləyən bir təhlükəsizlik təlimatı verib. Belarus milli hava yollarına məxsus Belavia Belarus ilə Helsinki, Amsterdam, Milan, Varşava, Frankfurt, Berlin, Münhin, Paris, Roma və Vyana da daxil olmaqla, Avropadakı 20 hava limanına uçuşlar həyata keçirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun