Belarus Aİ Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakını dayandırır

Belarus Aİ Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakını dayandırır
29 İyun 2021
Mətni dəyiş
Belarus Avropa İttifaqının sanksiyalarına cavab olaraq Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakını dayandırır və Avropa İttifaqı ilə Readmissiya Sazişinin dayandırılması proseduruna başlayır. Belarus Xarici İşlər Nazirliyinin bilddirdiyinə görə, bunu iyunun 28-də Minskdəki Aİ nümayəndə heyətinin rəhbəri Dirk Şuebelə bildirib. Belarusun Aİ-dəki daimi nümayəndəsinin Minskdə məsləhətləşmələr üçün geri çağırılmasına qərar verilib. Aİ-nin Belarusdakı nümayəndə heyətinin rəhbərinə də mesajda deyildiyi kimi "təzyiq və sanksiyaların qəbuledilməzliyi ilə bağlı Belarus tərəfinin mövqeyini çatdırmaq üçün" məsləhətləşmələr aparmaq üçün Brüsselə getməsi təklif edilib. “Bununla yanaşı, Avropa strukturlarının nümayəndələri və İttifaq ölkələrindən məhdudlaşdırıcı tədbirlərin tətbiqində əməyi olan şəxslərin Belarusa girişinə qadağa qoyulacaq” deyilir. Avropa İttifaqı ötən həftə 2020-ci il prezident seçkilərindən sonra Belarus hakimiyyətinə qarşı dördüncü sanksiya paketini təsdiqləyib. Məhdudlaşdırıcı siyahıda 78 nəfər və aktivləri dondurulacaq 8 şirkət var. Aİ-dən sonra Lukaşenko rejimi ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı ABŞ, Kanada və Britaniya tərəfindən sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına MAZ, BelAZ, Belaeronaviqatsia, Bremino Group, Globalcustom, New Oil Company, Logex və Sohra kimi şirkətlər daxildir. Fərdlər arasında hakimlər, müstəntiqlər, prokurorlar, dövlət mediasının nümayəndələri, bəzi universitetlərin rəhbərliyi, məmurlar və iş adamları var. Daha sonra Aİ neft məhsulları, kalium gübrələri və Aİ kapital bazarlarına çıxış kimi sektoral sanksiyalar tətbiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun