Bayden daxili terrorizmlə mübarizə planını açıqladı

Bayden daxili terrorizmlə mübarizə planını açıqladı
16 İyun 2021
Mətni dəyiş
ABŞ Prezidenti Co Bayden daxili terrorizmlə mübarizə məqsədi ilə ilk milli planını açıqlayıb. Bayden Daxili Terrorizmə Qarşı Mübarizə üzrə Milli Strategiyanın hökumətin daxili terrorizmin təhlilini və bütün səviyyələrdə hüquq-mühafizə orqanlarına məlumat paylaşmasını yaxşılaşdırmağı hədəflədiyini qeyd edib. Prezident bildirib ki, terrorçuların cəlb edilməsinin qarşısını almaq, onların hərəkətə gətirmə qabiliyyətləri və fəaliyyətlərinə mane olmaq və pozmaq da strategiyanın əsas elementlərindəndir. Plan eyni zamanda “irqi, etnik və dini nifrət” kimi daxili terrorizmə “uzunmüddətli töhfə verənlərə” cavab verilməsi məqsədi daşıyır. “Nifrət, təəssübkeşlik və digər ekstremizmin səbəbləri olan daxili terrorizm Amerikanın ruhuna ləkədir. Bu, ölkəmizin səylərinə ziddir və milli təhlükəsizliyimizə, demokratiyamıza və birliyimizə birbaşa meydan oxuyur” - deyə, prezident əlavə edib. Strategiya ABŞ Kapitolisinə hücumdan altı aydan çox müddət sonra yayımlanıb. ABŞ-da zorakı ekstremistlər 2021-ci ildə artan təhlükə yaradıb, ağ supremasist təşkilatlar və hökumət əleyhinə qüvvələr yüksək risk yaradırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun