Bayden Amerikada silahlı hücumlara qarşı yol xəritəsini açıqlayıb

Bayden Amerikada silahlı hücumlara qarşı yol xəritəsini açıqlayıb
24 İyun 2021
Mətni dəyiş

Amerika prezidenti Co Bayden ölkədə silahlı hücumların qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması üçün yeni yol xəritəsini açıqlayıb.

Bayden bu barədə mətbuat konfransında danışıb. O, bildirib ki, yerli polis orqanlarına, sosial məsələlərdə xidmət göstərənlərə, vəkillərə yönəlik yatırımları artıracaqlar. Bayden bu məsələyə dəstək verməsi ilə bağlı Konqresə də müraciət edib.

Bayden Konqresə silah əldə etmə ilə bağlı qanunların şərtlərinin sərtləşdirilməsi haqda çağırış edib. O bildirib ki, hələ ki, buna ümid var.

Bayden yeni qaydalar çərçivəsində bu məsələ ilə bağlı daha əvvəl məhkəmə hökmü ilə məhkum edilən şəxslərin yenidən cəmiyyətə adaptasiyası üçün də işlərin görülməli olduğunu bildirib.

"Biz insanların silaha yox, peşəyə sahib olmasını istəyirik", - deyə Co Bayden bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun