İyunun 22-29-da 19 nəfəri gün vurub.
Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Günvurma zamanı 12 nəfərə yerində yardım göstərilib. Onlardan 5-i uşaq olub. eyni zamanda 7 nəfər hospitalizasiya olunub ki, bunun ikisi uşaqdır.
Bu gün isə Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçir.
Mülayim şimal-qərb küləyi əsir. Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 , gündüz 30-35 faiz olacaq.