Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
29 İyun 2021
Mətni dəyiş
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1 139 168 kvadratmetr (114 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun