Azərbaycanda benzinin qiyməti qalxıb

Azərbaycanda benzinin qiyməti qalxıb
2 İyun 2021
Mətni dəyiş
Azərbaycanda bu gündən benzinin qiyməti artırılıb. Məlumata görə, Aİ-95 markalı premium benzin bahalaşaraq, 1 manat 40 qəpik, Aİ-98 markalı super benzin isə bahalaşaraq, 1 manat 55 qəpik olub. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, buna səbəb dünya birjalarındakı qiymət artımları ilə bağlıdır: “Aİ-95 və Aİ-98 xaricdən alınır. Ona görə də qiymətlər dünya bazarlarındakı neft qiymətlərilə tənzimlənir. Neft ucuzlaşanda bizdə də Aİ-95, Aİ-98 ucuzlaşır, bahalaşanda bahalaşır. Pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik olub, neft ucuzlaşdıqca hətta 1 manat 10 qəpiyə qədər ucuzlaşmışdı”. İ.Əhmədov deyib ki, bu marka benzin Azərbaycanda çox az istifadə edilir: “Ən çox istifadə edilən Aİ-92 və dizeldir ki, onların da qiyməti stabil olaraq qalır. Bu yanacaq növlərinin qiyməti də dövlət tərəfindən tənzimlənir”. Qeyd edək ki, artıma qədər Aİ-95 markalı benzin 1.25 qəpik,  Aİ-98 markalı benzin isə 1.40 manat idi. Xatırladaq ki, Azərbaycanda Aİ-95və Aİ-98 markalı benzinlərin qiymətini Tarif Şurası deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tənzimləyir. Bu markadan olan benzini ölkəyə SOCAR idxal etdiyindən, qiymətləri də özü müəyyənləşdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun