Azərbaycan Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb

Azərbaycan Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb
29 İyun 2021
Mətni dəyiş
Azərbaycan Rusiyaya məxsus Mi-24 helikopterin vurulması ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib.
Bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə "RİA Novosti"yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda istintaq davam edir.
"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanılıb, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”, – mətbuat xidmətinin rəhbəri bildirib.
G.Səlimzadə vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: "Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”.
2020-ci ilin noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun