Avropa Ədalət Məhkəməsindən "YouTube"la bağlı müsbət qərar

Avropa Ədalət Məhkəməsindən "YouTube"la bağlı  müsbət qərar
23 İyun 2021
Mətni dəyiş

Avropa İttifaqı Məhkəməsi "YouTube" və digər onlayn media quruluşlarının istifadəçilərin bəzi hallarda müəllif hüquqlarını pozan paylaşımlarına görə məsuliyyət daşımadıqlarına qərar verib.

Məhkəmə bir bəstəkarın şikayəti ilə bağlı qərar qəbul edərkən bunu ifadə edib.

Qərarda qeyd olunub ki, bu şəbəkələr qanundankənar paylaşımların silinməsi üçün anında reaksiya verirlər, amma müəllif hüquqları ilə bağlı mövzularda bəzən bunu müəyyən etmək üçün yetərincə alət olmur.

Almaniyadan olan bir bəstəkar ona aid olan mahnıların 2008-ci ildə icazəsiz yayımlanmasına görə "YouTube" şirkətini Almaniya məhkəməsinə vermişdi. Almaniya məhkəməsi isə işi Avropa Ədalət Divanına göndərmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun