Amerikanın vitse-prezidentinin təyyarəsi məcburi eniş edib

Amerikanın vitse-prezidentinin təyyarəsi məcburi eniş edib
7 İyun 2021
Mətni dəyiş

Amerikanın vitse-prezidenti Kamala Harrisin təyyarəsi texniki problem səbəbi ilə məcburi eniş edib.

Miqrantlarla bağlı problemləri müzakirə etmək üçün Qvatemalaya gedən Harrisin təyyarəsi Merilənddə eniş edib.

Amerikanın Hava Qüvvələrinə aid "Air Force 2" təyyarəsində Harrislə birlikdə səfər edən Simyon Sanders mətbuata açıqlamasında bildirib ki, Harris səfərini başqa təyyarə ilə davam etdirib.

Kamala Harris özü də səfərdən sonra mətbuata açıqlama verib. O bildirib ki, narahatlıq yoxdur: "Mən yaxşıyam. Hamımız dua etdik. Hər şey yolundadır", - deyə o, əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun