Almaniya rus alimini həbs edib: Moskvaya casusluq ittihamı

Almaniya rus alimini həbs edib: Moskvaya casusluq ittihamı
22 İyun 2021
Mətni dəyiş

Alman polisi adı açıqlanmayan universitetdə işləyən bir rus alimini Moskvanın xeyrinə casusluq etmək ittihamı ilə həbs edib. Bu, iki ölkə arasında gərginliyi daha da artıra bilər.

Məlumatı Almaniya prokurorları bazar ertəsi yayıblar. Federal prokurorların verdiyi açıqlamada bildirilir ki, adı yalnız İlnur N. olaraq bilinən şəxs ötən şənbə günü "2020-ci ilin oktyabr ayından Rusiya xüsusi xidmət orqanlarına işləmək" şübhəsi ilə nəzarətə götürülüb.

İlnur N. həbs olunana qədər adı açıqlanmayan Almaniya universitetində təbiət elmləri və texnologiya bölməsində tədqiqatçı köməkçisi vəzifəsində işləyib.

Alman müstəntiqlər onun 2020-ci ilin oktyabr ayından indiyədək Rusiya kəşfiyyatının bir üzvü ilə ən azı üç dəfə görüşdüyünə inanır. İddialara əsasən, o, iki dəfə "universitetin domenindən məlumat ötürüb".

Onun xidmətləri müqabilində nağd pul alması da güman olunur. Alman rəsmiləri həbs zamanı onun evində və iş yerində axtarış aparıb. Şənbə günü məhkəmə qarşısına çıxarılan şübhəlinin həbsinə qərar verilib.

Məsələ ilə əlaqədar nə Almaniya, nə də Rusiya höküməti açıqlama verib.

Bununla birlikdə Ukrayna ilə sərhəddə qoşun toplaması və diplomatik qovulma ilə nəticələnən bir sıra casusluq qalmaqallarından sonra Moskvanın bir neçə Qərb ölkəsi ilə münasibətləri gərgindir.

[caption id="attachment_102872" align="alignleft" width="1400"] Mario Dragi[/caption]

Artıq İtaliyanın Baş nazir Mario Dragi bu ay Avropanın Rusiyanın "müdaxiləsindən" qorunması gərəkli olduğu yönündə xəbərdarlıq etdikdən sonra milli kiber təhlükəsizlik agentliyi yaratdığını bildirib.

Bu addım italyan donanmasına məxsus zabitin öz kompüterindən sızdırdığı məxfi hərbi sənədləri Rusiya səfirliyinin əməkdaşına satarkən cinayət üstündə yaxalanmasından sonra atılıb.

Hazırkı casusluq işi Moskva ilə Berlin arasında Aleksey Navalnının həbsdə saxlanılması da daxil olmaqla, bir çox cəbhədə münasibətlərin kəskin gərginləşdiyi bir vaxta təsadüf edir.

Kansler Angela Merkel höküməti Krım yarımadasını ilhaq etməsi səbəbindən Rusiyaya tətbiq olunan sanksiyaların qorunması üçün çalışır.

[caption id="attachment_101289" align="alignleft" width="1200"] Heiko Maas[/caption]

Bundan əlavə Almaniya dəfələrlə Rusiyanı ölkəyə qarşı kiberhücumlarda günahlandırıb.

Xarici işlər naziri Heiko Maas keçən həftə Almaniyanın sentyabr ayında keçiriləcək ümummilli seçki ərəfəsində Rusiyanın dezinformasiya hədəfinə alınacağını gözlədiyni bildirib.

Lakin Rusiya bütün bu ittihamları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun