Almaniya vaksinasiyadan tam keçmiş və Avropa İttifaqı dövlətlərinin vətəndaşı olmayan şəxslərin ölkəyə girişinə icazə verməyə hazırlaşır.
Bu barədə “Dpa-international” agentliyi xəbər yayıb. Məlumata görə, Almaniyaya səfər icazəsi səyahətin məqsədindən asılı olmayaraq bütün xarici ölkə vətəndaşlarına şamil ediləcək.
Hazırda Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları yalnız xüsusi hallarda Almaniya Federativ Respublikasının ərazisinə daxil ola bilirlər.
Bildirilir ki, peyvənd sertifikatı təkcə polislər deyil, həm də aviaşirkətlər tərəfindən yoxlanılacaq.
Almaniya hökuməti yalnız Avropa İttifaqı tərəfindən istifadəsinə icazə verilmiş vaksinləri etibarlı (“BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson”) hesab edir.