Alman jurnalistlər Ərbildə həbs ediliblər

Alman jurnalistlər Ərbildə həbs ediliblər
14 İyun 2021
Mətni dəyiş

Sülh konfransında iştirak etmək üçün Ərbilə gedən 3 alman jurnalist saxlanılıb. Bu barədə məlumatı Alman Jurnalistlər Birliyi yayıb.

Məlumata görə, Almaniyadan Ərbilə gedən sol partiyalardan biri də əngəllənib.

Jurnalistlər İraq Kürd Regional İdarəsinin hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar. Birlik hələlik jurnalistlərə qarşı irəli sürülən ittihamların nədən ibarət olduğunu bilmədiyini qeyd edib.

Alman Jurnalistləri Birliyinin açıqlamasına görə, saxlanılan jurnalistlər Almaniyadan Ərbilə sülh konfransında iştirak etmək üçün gedən qrupun daxilində olublar. Onlar hələ ölkədən çıxan zaman Düsseldorf hava limanında saxlanılıb və bir neçə saat sorğuya çəkiliblər. Buna görə də birlik hesab edir ki, bu saxlanılmalar Almaniyayla koordinasiyalı şəkildə həyata keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun