ABŞ İrana qarşı tətbiq etdiyi mindən çox sanksiyanı aradan qaldıracaq

ABŞ İrana qarşı tətbiq etdiyi mindən çox sanksiyanı aradan qaldıracaq
24 İyun 2021
Mətni dəyiş
Vyanada İranın nüvə proqramı ətrafında aparılan danışıqların gedişində ABŞ-ın eks-prezidenti Donald Tramp zamanında İrana qarşı iqtisadi sahədə tətbiq olunmuş mindən çox saksiyanın aradan qaldırılması barədə razılıq əldə edilib. “RİA Novosti” xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bəyan edib. O qeyd edib ki, Tramp dövründə İrana qarşı tətbiq edilmiş 1040-a yaxın sanksiya aradan qaldırılacaq. M.Vaezinin sözlərinə görə, hazırda danışıqlar masasında Trampın hakimiyyətindən öncə qüvvəyə minmiş sanksiyaların ləğvi məsələsi müzakirə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun