2 İyun 2021
Mətni dəyiş
Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində mənzil alan vətəndaşlar iyunun 2-də şirkət ofisinin qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçılarının sözlərinə görə, AAAF Park rəhbəri mənzilləri vətəndaşlara satıb, lakin tikintini 7 ildir başa catdırmır. Müxtəlif bəhanələrlə evin təhvilvermə vaxtını uzadır.
Mənzil sahibləri məhkəməyə, Abşeron İcra Hakimiyyətinə, prokurorluğa şikayət edərək pullarını tələb ediblər. Amma əllərində sənədlərin olmasına baxmayaraq, nə mənzilləri təhvil verilir, nə də pulları geri qaytarılır. Dövlət orqanları da sakinlərə rədd cavabı verir.
AAAF Parkın nümayəndəsinin dediyinə görə, şikayətçilərin iradları nəzərə alınıb, tikintiyə əlavə qüvvələr cəlb olunub və tikinti tempi gücləndirilib.
Bugünkü aksiya zamanı şirkət rəhbərləri vətəndaşlara söz veriblər ki, bu ilin sonunadək mənzillər təhvil veriləcək.