2020-ci ildə Avropada 57 terror hücumu qeydə alınıb

2020-ci ildə Avropada 57 terror hücumu qeydə alınıb
23 İyun 2021
Mətni dəyiş

Avropanın Polis Təşkilatı olan "Avropol" tərəfindən terrorizmlə mübarizə çərçivəsində yeni hesabat yayımlanıb.

Yayımlanan 64 səhifəlik hesabata görə, 2020-ci ildə Almaniya Avstriya, Belçika, və Fransa da daxil olmaqla ümumilikdə 6 Avropa İttifaqı ölkəsində həyata keçirilən, qarşısı alınan, məqsədinə çatmayan 57 terror hücumu qeydə alınıb.

Hesabata görə, ümumilikdə 17 Avropa İttifaqı ölkəsində 449 şəxs terrorla əlaqəli cinayətlərdən həbs edilib.

Qeyd olunub ki, koronavirus (Covid-19) epidemiyasının geniş yayıldığı 2020-ci ildə terroristlər fəaliyyətlərini əsasən internet üzərində qurub nifrət təbliğ etməklə məşğul olublar.

Hesabatda bildirilib ki, hazırda da Avropa ölkələri üçün ən böyük təhlükə terror təhlükəsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun