Ərəb ölkələrindəki edam cəzasının ləğvi üçün beynəlxalq komitə yaradıldı

Ərəb ölkələrindəki edam cəzasının ləğvi üçün beynəlxalq komitə yaradıldı
26 İyun 2021
Mətni dəyiş
Tunisin keçmiş prezidenti Munsif Əl-Mərzukinin liderliyində Ərəb ölkələrində edam cəzasının ləğvi üçün beynəlxalq komitə qurulduğu bildirilib. Xarici KİV xəbər verir ki, bu barədə qərar ABŞ, Avropa və Ərəb dünyasından 100 nəfərin iştirakı ilə keçirilən onlayn iclasda qəbul olunub. Komitənin sədrliyinə Mərzuki seçilib. Keçmiş İnsan Hüquqları Təşkilatının sədri Sarah Lih Vitson, Nobel mükafatlı yəmənli aktivist Təvəkkül Kərman və keçmiş Suriya Müvəqqəti Hökuməti rəhbəri Əhməd Tuma komitənin üzvləri arasındadır. Bildirilib ki, Misir hakimiyyətindən son dönəmdə siyasi məhkumlar haqqında verilən edam cəzalarını gerçəkləşdirməməsi tələb edilib. Bir çox Ərəb ölkəsi insan hüquqları təşkilatları tərəfindən edam cəzasını müxalifləri susdurma vasitəsi olaraq istifadə etməkdə günahlandırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun