Yılmaz Özdil yazısına görə həbs edilə bilər

Yılmaz Özdil yazısına görə həbs edilə bilər
22 May 2021
Mətni dəyiş

Türkiyənin "Sözçü" nəşrinin yazarı Yılmaz Özdil yazısına görə məhkəməyə verilib. 

Özdil haqqında "Öləndən sonra cəsədi məscidlərimizə girməsin" deyən Yalova universitetinin müəllimi Əbubəkir Sifilin iddiası əsasında qaldırılan məhkəmə işində yazarın 2 il 4 ay azadlıqdan məhrum edilməsi tələb olunur.

Sifil bildirib ki, Özdil ona cavab olaraq yazdığı "Yobazın təhdidi" başlıqlı yazıda onu təhqir edib.

Yılmaz Özdil isə ittihamı rədd edib və təhqir etmədiyini bildirib. Yazarın vəkili İsmayıl Yılmaz da bu müraciətin yanlış olduğunu bildirib. O, qeyd edib ki, Özdil cavab hüququndan istifadə edib: "Türkiyə məhkəmələrində müxaliflərlə bağlı verilən qərarlarla, eyni iş üzrə başqa şəxslərlə bağlı verilən qərarlar arasında böyük uçurum var. Bu da ortadakı ədalətsizliyi daha da üzə çıxarır", - deyə yazarın vəkili İsmayıl Yılmaz qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun