20 May 2021
Mətni dəyiş
Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər.
Bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır:
“Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.