Vladimir Zelenski 9 may Qələbə gününün Ukraynada keçirilməyəcəyini bəyan edib

Vladimir Zelenski 9 may Qələbə gününün Ukraynada keçirilməyəcəyini bəyan edib
8 May 2021
Mətni dəyiş
Ukrayna prezidenti Vladimir Zelenski 9 may Faşizm Üzərində Qələbə Gününün artıq Ukraynada keçirilməyəcəyini, onun yerinə keçirilən 8 may İkinci Dünya Müharibəsi qurbanlarının xatirə günü və barışıq gününün də Qələbə Günü ilə heç bir əlaqəsi olmadığını deyib. Vladimir Zelenski dünən facebook səhifəsində yazıb ki: "Biz deyəndə ki, bir də heç vaxt təkrarlanmasın, deməli həm də heç vaxt unutmamağı nəzərdə tuturuq. Ona görə də bu gün dünyanın çox yerində müharibə qurbanlarının xatirəsi və barışıq günü kimi qeyd olunur. Və daha mühümü odur ki, bu gün bizdə 9 May gününün əvəzi deyil. Bu gün bütün dünyada ümumi bir gün kimi qeyd olunur." Prezident qeyd edib ki, heç vaxt unutmaq olmaz ki, nasizm mütləq şərdir və ona haqq qazandıran hər kəs ancaq mühakimə olunmalıdır. Xatırladaq ki, Ukraynanın Ali Radası 2015-ci ildə dekommunizasiya qanunu qəbul edərək bütün sovet miraslarından qurtulmağa qərar verib. Həmin ildən Ukraynada 9 may Faşizm üzərində qələbə günü qeyd edilmir, onun yerinə 8 may Xatirə və barışıq günü kimi qeyd edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun