Ukrayna "Bayraktar TB2"-dən sonra "Dəmir Qübbə" almaq istəyir

Ukrayna "Bayraktar TB2"-dən sonra "Dəmir Qübbə" almaq istəyir
20 May 2021
Mətni dəyiş

Ukrayna İsrail istehsalı olan  "Dəmir Qübbə" sistemlərinə oxşar Hava Hücumundan Müdafiə sistemləri almaq istyir. 

Bu barədə Ukrayna müdafiə naziri Andrey Taran motor istehsalçısı olan "Motor Sich" şirkətinə ziyarəti zamanı açıqlama verib.

Taran bildirib ki, İsraildəki son prosesləri izləyiblər və düşünürlər ki, Ukrayna da bu cür Hava Hücumundan Müdafiə sistemlərinə sahib olmalıdır.

"İsrailə aid olan "Dəmir Qübbə" dünyanın ən yaxşı Hava Hücumundan Müdafiə sistemlərindən biridir. Ancaq tək deyil. Biz ötən ildən hava müdafiəmizi gücləndirmək üzərində işləyirik. Hazırda "Dəmir Qübbə"-yə bənzər sistemlərin alınması üzərində müzakirə aparırıq", - deyə Ukrayna müdafiə naziri Andrey Taran bildirib.

Bundan əvvəl isə Ukrayna Tükiyədən "Bayraktar TB2" Pilotsuz Uçuş Aparatları (PUA) alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun