Uçuş qadağasına görə Belarusda olan turistlər öz ölkələrinə qayıda bilmirlər

Uçuş qadağasına görə Belarusda olan turistlər öz ölkələrinə qayıda bilmirlər
28 May 2021
Mətni dəyiş

Belarusun Dövlət Sərhəd Komitəsi uçuş qadağasına görə ölkəsinə qayıda bilməyən çoxlu sayda xarici turistin komitəyə müraciət etdiyini bildirib.  Bu barədə komitə məlumat yayıb. Məlumatda bildirilib ki, Dövlət Sərhəd Komitəsinin bu qərara təsir edəcək səlahiyyəti yoxdur. Yaxşı olar ki, xarici ölkə vətəndaşları öz səfirliklərinə müraciət etsinlər.

Avropa İttifaqı Afinadan Litvaya uçan “Ryanair” şirkətinə məxsus təyyarəni müxalif jurnalisti həbs etmək üçün endirən Belarusa ilkin sanksiyalar barədə qərar verib. Bu qadağa Avropa İttifaqı Şurasının nazirlərinin razılaşması və təsdiqindən sonra qüvvəyə minəcək.

Artıq Belarusa aid bütün növ təyyarələrin məqsədindən asılı olmayaraq Avropa Birliyi ərazisinə girməsi qadağan olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun