Türkiyədə mafia lideri ilə hökumət arasında qalmaqal böyüyür

Türkiyədə mafia lideri ilə hökumət arasında qalmaqal böyüyür
7 May 2021
Mətni dəyiş

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda ittiham olunaraq müxtəlif maddələrlə dəfələrlə həbs edilən Sədat Pekerlə hökumət arasında qalmqal yaranıb. 

Qalmaqal Türkiyənin hüquq mühafizə orqanlarının Sədat Pekerə yaxın şəxsləri həbs etməsi ilə başlayıb.

Krimnal ailəmin nüfuzlu nümayəndəsi açıqlama verərək bildirib ki, keçmiş daxili işlər naziri Mehmet Ağarın oğlu, hazırda hakim Ədalət və İnkişaf Partiyasının (AKP)  Elazığdan millət vəkili olan Zülfü Tolga Ağar atası nazir olduğu dövürdə bir qadına təcavüz edib. Qadın şikayət etdikdə isə, qətlə yetirilib. Türkiyədə geniş müzakirələrə səbəb olan iddiaları Türkiyə Jandarma Qüvvələri təkzib edib.

"Bizə sözgüedən hadisə ilə bağlı qətlə yetirilən şəxsin heç bir müraciəti olmayıb", - deyə Türkiyə Jandarma Qüvvələri Komandanlığı məlumatda qeyd edib.

Zülfü Tolga Ağar da özünə qarşı olan ittihamları rədd edib və yalanlayıb.

Sədat Peker isə dövlət qurumunun açıqlamasına cavab verərək bildirib ki, belə bir qurumun açıqlaması doğru ola bilməz: "Şikayət etdikdən bir gün sonra qətlə yetirilən qadının şikyət ərizəsini cırıb atmaq çətin deyil", - deyə o, əlavə edib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun