Türkiyə anarxistləri "Bayramın qatili dövlətdir" şüarı ilə aksiya keçiriblər

Türkiyə anarxistləri "Bayramın qatili dövlətdir" şüarı ilə aksiya keçiriblər
6 May 2021
Mətni dəyiş
Mayın 6-da Türkiyə İnqilabçı Anarxist Federasiyasının bir qrup üzvü Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirib. İştirakçılar Azərbaycan hökumətinin ünvanına tənqid şüarları səsləndirib, müxalif fəal Bayram Məmmədovun ölümündə ittiham edib. Bu gənc Azərbaycan vətəndaşı mayın 2-də İstanbulda naməlum şəraitdə dünyasını dəyişib. İştirakçılar “Bayramın qatili dövlətdir!” yazılan şüar qaldırıblar. “Polis intihar olduğunu deyir, amma biz bilirik ki, bu, belə deyil. Qatil bu cinayətə görə cavab verəcək”, deyə aksiya iştirakçıları etirazlarını bildiriblər. Xatırladaq ki, Bayram Məmmədovun ölümü haqqında məlumat mayın 5-də səhər yayılıb. Onun cəsədi Bosforun sahilində tapılıb. Şahidlərin sözlərinə görə, o, suya dalıb və oradan çıxmayıb. Polisin ilkin versiyasına görə, Məmmədov intihar edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun