Sosial media fenomeni TBMM-də çıxış edəcək

Sosial media fenomeni TBMM-də çıxış edəcək
24 May 2021
Mətni dəyiş

Türkiyə Böyük Millət Məclisində (TBMM) sosial medianın təsirlərinə dair mövzu müzakirə olunub. Müzakirələr zamanı qərara alınıb ki, 15 milyon izləyicisi olan türkiyəli fenomen Enes Batur məclisə dəvət edilsin, onun da fikirləri dinlənilsin. 

Eyni zamanda, Feysbuk, Tvitter və İnstaqramın da təmsilçilərinin TBMM-ə dəvət edilməsi qərarlaşdırılıb.

Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi ötən il artıq Türkiyə Böyük Millət Məclisinə daxil olub və qəbul edilib.

Qanuna görə, istifadəçisi 1 milyondan çox olan hər sosial şəbəkənin fəaliyyəti ilə əlaqədar Türkiyədə ən azı bir təmsilçi təyin olunacaq və həmin təmsilçi bu platformalardakı təhqir, böhtan, narkotik maddələrin təbliği və neqativ paylaşımlara görə məsuliyyət daşıyacaq.

Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq olunacaq. Əvvəlcə 10 milyon türk lirəsindən başlayaraq 30 milyona qədər pul cəzası və sonuncu mərhələdə isə sosial şəbəkənin fəaliyyəti məhdudlaşdırılacaq.

Qanun layihəsinin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun