Azərbaycanda bu gün koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 15 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 571 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081, bu günə qədər isə ümumilikdə 3 346 012 test icra olunub.
Azərbaycanda bu gün 18 339 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 696 419 nəfər təşkil edir.