Şimali Koreyada saç və şalvar qadağası, Kim Çen In yeni qərarlar verib

Şimali Koreyada saç və şalvar qadağası, Kim Çen In yeni qərarlar verib
25 May 2021
Mətni dəyiş

Şimali Koreya prezidenti Kim Çen In ölkədə bəzi saç düzümlərini və dar şalvarları qadağan edib. Səbəb kimi, bu tərzin Qərbdən gəlməsi göstərilir. 

Şimali Koreyanın dövlət kanalı “Rodonq Sinmun”-un məsələ ilə bağlı yayımladığı videosüjetdə qeyd edilib ki, prezident Kim Çen In Şimali Koreya gənclərinin çökməkdə olan qərb dəyərlərinin təsirinə düşməsindən narahatdır və ona görə də belə qərar verib.

Bildirilib ki, qaydaları pozanlara cəza tətbiq ediləcək. Bu cəza müxtəlif düşərgələrdə məcburi əməyə cəlbetmə olacaq.

Şimali Koreya dünyada ən anti-demokratik və qapalı ölkə hesab olunur. Bu səbəbdən, ölkə müxtəlif ağır sankisyalara məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun