Rusiyanın ilk internet xəbər resurslarından biri fəaliyyətini dayandırıb

Rusiyanın ilk internet xəbər resurslarından biri fəaliyyətini dayandırıb
31 May 2021
Mətni dəyiş

Rusiyanın məşhur “newsru.com” xəbər portalı fəaliyyətini dayandırıb.

Rusiyanın ilk internet xəbər resurslarından biri olan “newsru.com” fəaliyyətini iqtisadi səbəblərdən dayandırdığını açıqlayıb.

“Biz iqtisadi səbəblərdən işimizi dayandırırıq. Buna məhz ölkəmizdəki siyasi vəziyyət səbəb olur. 2014-cü ildən sonra aydın oldu ki, təkcə coğrafiya və xarici siyasət deyil, daxili iqtisadiyyat da kökündən dəyişir”, - deyə saytın redaksiyasının məlumatında vurğulanıb.

21 il fəaliyyət göstərən “newsru.com” saytının arxivinin açıq qaldığı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun