Rusiyalı biznesmen və deputatın qızı Londonda boşanır

Rusiyalı biznesmen və deputatın qızı Londonda boşanır
15 May 2021
Mətni dəyiş
Rusiyalı iş adamı Dmitri Tsvetkov və "Vahid Rusiya" partiyasından Dövlət Dumasında millət vəkili Rinat Xayrovun qızı Elsina Xayrova London Ali Məhkəməsinə boşanma vəsatəti verib.  Bu barədə RBC-yə Xayrovanın təmsilçisi Paul Mitçell məlumat verib. “Həm Xayrova, həm də cənab Tsvetkov boşanma üçün müraciət ediblər. İndiyə qədər maliyyə xarakterli heç bir iddia başlamamışdır”, Mitçell deyib. İngiltərənin "The Times" qəzeti isə cütlüyün 42 milyon funt sterlinq dəyərində bir əmlak üçün hakim qarşısına çıxacağını bildirir. Bura Surreydə bir hovuz, spa, şərab anbarı, kinoteatr və 10 avtomobil üçün yeraltı dayanacağı olan malikanə daxildir. Malikanənin özündə 10 yataq otağı, 15 vanna otağı və lift var. "The Times" yazır ki, Tsvetkov həyat yoldaşını onun pasportunu qaytarmaqdan imtina etməkdə günahlandırıb. Mitçell bu məlumatı təkzib edib. O əlavə olaraq bildirib ki, Xayrova bundan sonra zərurət olmayacağı təqdirdə, məsələ ilə bağlı başqa rəsmi açıqlama vermək niyyətində deyil. Bundan əvvəl, aprel ayının sonunda London Ali Məhkəməsi başqa bir rus iş adamı Fərhad Əhmədovun oğlu Temurun həyat yoldaşı Tatyanaya 75 milyon funt sterlinq (100 milyon dollardan çox) ödəməsi haqda qərar çıxarıb. Hakim T. Əhmədovun atası ilə əlbir olaraq, boşanma üçün 453 milyon funt sterlinq (təxminən 630 milyon dollar) ödəməkdən qaçdığını ifadə edib. Qadının özü keçmiş həyat yoldaşını ondan yüz milyonlarla funt sterlinq dəyərində mal varlığını gizlətməkdə günahlandırıb. Bunlara malikanələr, super yaxt, vertolyot və incəsənət kolleksiyası daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun