Rusiyada koronavirusun "Hindistan ştammı" aşkar edilib

Rusiyada koronavirusun "Hindistan ştammı" aşkar edilib
13 May 2021
Mətni dəyiş

Rusiyada koronavirusun (Covid-19) yeni və daha təhlükəli mutasiyası olan "Hindistan ştammı" aşkar edilib. Kommersant qəzeti yazır ki, virus Hindistandan gələn tələbələrdə aşkar edilib. 

Söhbət Rusiya İstehlakçı Hüquqları Auditoru "Rospotrebnadzor"-un nəzdində olan Ulyanovsk Dövlət Universitetində təhsil alan 16 hindistanlı tələbədən gedir. Qurumun nümayəndəsi Dilyar Hakimov bildirib ki, tələbələr heç kimlə təmasda olmayıblar və hazırda karantindədirlər.

Ulyanovsk Rusiyanın 700 kilometr şərqində yerləşir.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda koronavirusun təhlükəli növünü aşkar etdiyini açıqlamışdı. Bu virusa gündəlik 300-350 min insan yoluxur.

ÜST-ün mütəxəssisləri statistik məlumatlar və müayinələr əsasında yeni ştammın yüksək yoluxuculuq qabiliyyətinə malik olduğunu və orqanizmdə yaranmış antitellərə qarşı dözümlü olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun