Rusiya Dövlət Duması müxalifətə qarşı yeni repressiv qanunlar qəbul edir

Rusiya Dövlət Duması müxalifətə qarşı yeni repressiv qanunlar qəbul edir
5 May 2021
Mətni dəyiş
Rusiya Dövlət Duması ölkə parlamentinin aşağı palatasına seçkilərlə bağlı qanuna dəyişiklik etməyi planlaşdırır. Belə ki, əgər dəyişiklik baş tutsa bundan sonra ölkədə ektremist kimi tanınan təşkilatlara üzv olan şəxslər parlamentin aşağı palatasına seçilə bilməyəcək. Çox güman ki, qadağa belə təşkilatlara maliyyə, əmlak, təşklatlanma, məsləhət və s. formasında yardım etmiş insanlara da şamil olunacaq. Müxalifət bu qadağanın hakimiyyətin öz siyasi rəqiblərini siyasətdən uzaqlaşdırmaq üçün istifadə edəcəyini düşünür. Bundan sonra həmçinin eksterimist təşkilatlara sədirlik etmiş şəxslər də 5 il müddətinə parlamentin yuxarı palatasına seçilə bilməyəcək. Təşkilata üzv olmuş şəxslər isə bir il müddətinə parlamentdə təmsil oluna bilməz. Qeyd edək ki, aprel ayının 16-da Moskva prokurorluğu Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondunu və Vətəndaşların Hüquqlarını Müdafiə fondunu, həmçinin də Navalninin İqamətgahı adlanan təşkilatları eksterimist təşkilatlar kimi qəbul etmək üçün məhkəməyə müraciət edib. Aprelin 30-da isə adıçəkilən təşkilatlar artıq ölkədə tanınmış eksterimist və terrorçu təşkilatlar siyahısına daxil edilib. Dumanın qəbul edəcəyi daha bir qanun isə Rusiyada arzuedilməz təşkilatlar kimi tanıyacağı xarici QHT-lərdə çalışanlara qarşı cinayət təqibinə izn verir. Hal-hazırda belə QHT-lərdə çalışmaq ya da ona rəhbərlik etmək ancaq həmin təşkilatlar il ərzində iki dəfə cinayət məsuliyyətinə cəlb edildiyi təqdirdə cinayət əməli kimi tanınır. Bunda sonra isə hökümətin belə təşkilatları arzuedilməz təşkilatlar elan etməsi ilə onun üzvləri və rəhbərləri də məsuliyyətə cəlb ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun