"Qadın Klubu" gender bərabərliyi və zorakılıqlarla bağlı fəaliyyət həyata keçirir

"Qadın Klubu" gender bərabərliyi və zorakılıqlarla bağlı fəaliyyət həyata keçirir
25 May 2021
Mətni dəyiş

Bərdə rayonunda regionda qadınlara qarşı stereotiplərin qırılması və gender bərabərliyinin təmin edilməsi məqsədilə “Qadın Klubu” layihəsi həyata keçirilir.

Layihənin hədəfi qadınları ictimai həyatda sosial aktivlik və şəxsi karyera istiqamətində özünü inkişaf etdirmək üçün İKT bacarıqlarının artırılması, qadın liderliyi, məişət zorakılığının qarşısının alınması haqda maarifləndirməkdir.

Fəaliyyətə qısa müddətdir başlamasına baxmayaraq, layihə region qadınları arasında diqqət çəkə bilib. Digər fəaliyyətlərlə yanaşı, zorakılıq halları ilə üzləşən və kömək axtaran qadınlar üçün hüquqi və psixoloji yardımın təşkil edilməsi də layihənin əsas prioritetlərindəndir.

Layihə çərçivəsində qadınlara kompüter biliklərinin verilməsi, qadınların sosiallaşdırılması və aktivləşdirilməsi üçün müxtəlif mövzulu təlimlərin keçirilməsi (genderlə bağlı mövzular üzrə), şəxsi inkişaf və özünütanıma və üzgüvən mövzulu təlimlərin təşkili, qadınlara hüquqi yardım xidmətinin göstərilməsi, İKT sahəsində texniki (məs, online dərs keçmək və s.) və resurs (kompüter, internet, printerdən istifadə və s.) çətinliyi ilə üzləşən qadınlara dəstəyin göstərilməsi, qadınların asudə vaxtlarını səmərəli keçirmələri üçün rəqs, şahmat, voleybol, piknik və müsabiqələr (kulinariya, əl işləri), sərgilər təşkil edilməsi, Qarabağ konflikti mövzusunda müzakirələrin təşkili (qadınların sülhquruculuğu prosesinə cəlb edilməsi məqsədilə belə müzakirələrin təşkili vacib amil sayıla bilər), qadınlara qrup terapiyası ilə psixoloji yardımın göstərilməsi kimi fəaliyyətlər həyata keçirilir.

"Qadın Klubu" layihəsi 2021-ci ilin yanvar ayından etibarən fəaliyyətə başlayıb. “Bərdə Qadın Klubu” layihəsi Azərbaycan Qadın Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun