Qəzzada son vəziyyət: Fələstin Prezidenti göstəriş verdi

Qəzzada son vəziyyət: Fələstin Prezidenti göstəriş verdi
11 May 2021
Mətni dəyiş

Fələstin Prezidenti Mahmud Abbas Ramazan bayramının qeyd edilməməsi barədə göstəriş verib. 

Buna səbəb İsrailin Qəzzaya hücumu zamanı xeyli sayda şəhidin olmasıdır.

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, M.Abbasın verdiyi qərara uyğun olaraq, ölkədə dini ibadətdən başqa heç bir bayram şənliyi olmayacaq və yas səbəbiylə bayraqlar yarıya endiriləcək.

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya etdiyi hücumda 9-u uşaq olmaqla 20 fələstinlinin şəhid olduğunu və yaralı sayının 95-ə yüksəldiyini açıqlayıb.

Bu arada, İsrail blokadada olan Qəzzanın yeganə ticarət sərhəd qapısı olan “Kerem Əbu Səlim”i bağladığını açıqlayıb. Bu barədə İsrail Müdafiə Nazirliyinə bağlı Fələstin Bölgələrindəki Hökumət Fəaliyyətləri Koordinasiya Birliyi məlumat yayıb.

Yazılı açıqlamada təhlükəsizlik məsləhətləşmələrinin ardından İsrail və Qəzza arasındakı sərhəd qapısının ikinci bir əmrə qədər dərhal bağlanmasına qərar verildiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün İsrail Qəzzadakı “Beyt Xanun” (Erez) sərhəd qapısını da bağladığını açıqlamışdı.

Son məlumata görə,  Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı tərəflər Fələstinlə bağlı İsrailə çağırış ediblər.

XİN rəhbərləri fələstinlilərin Şeyx Cərrah bölgəsindən uzaqlaşdırılmasını pisləyib və müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun