Putin Rusiyada silah satışını qadağan edir?

Putin Rusiyada silah satışını qadağan edir?
11 May 2021
Mətni dəyiş

Kazanda bir məktəbə 8 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra, Rusiya Federasiyasının prezidenti Vladimir Putin yeni tədbirlər haqda tapşırıq verib. 

Putinin tapışırığına əsasən, yeni hazırlananacaq qaydalarda sivil şəxslərin silah almasının şərtləri ağırlaşdırılacaq və vətəndaşlar üçün silah əldə etmək asan olmayacaq.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də paytaxt Moskvada keçirdiyi iclas zamanı sözügedən cinayətlərin qarşısının alınması üçün silah əldə etməklə bağlı yeni qaydaların hazırlanacağını bildirib.

Rusiyada son 5 ildə müxtəlif növ silahlarla 14 hücum həyata keçirilib. Nəticədə onlarla insan həyatını itirib. Son hadisədən sonra cəmiyyətdə silah əldə edilməsi ilə bağlı müzakirələr yaranıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun