Pandemiya dönəmində siqaret istifadəçilərinin sayı rekord həddə çatıb

Pandemiya dönəmində siqaret istifadəçilərinin sayı rekord həddə çatıb
28 May 2021
Mətni dəyiş

Dünya koronavirusla (Covid-19) mübarizə apardığı bir dövrdə siqaret istifadəçilərinin sayı 1,1 milyard olmaqla rekord həddə çatıb. 

Bu barədə İngiltərənin tibb nəşri olan "The Lancet" yeni araşdırma yayıb.

Araşdırmaya görə, siqaretə yeni başlayanların 89%-i 25 və daha aşağı yaşı olan şəxslərdir. Siqaret istifadəçilərinin sayı kişilər arasında 20 ölkədə, qadınlar arasında isə 12 ölkədə artış göstərib. Siqaret istifadəçilərinin 3/2-sini təkcə 10 ölkə bölüşdürür. Bu 10 ölkə Çin, Hindistan, İndoneziya, ABŞ, Rusiya, Banqladeş, Yaponiya, Türkiyə, Vyetnam və Filippindir. 341 milyon vətəndaşı olan Çində hər üç nəfərdən biri siqaret istifadəçisidir.

2019-ci ildə siqaret istifadəsi 8 milyon insanın ölümünə səbəb olub. 1.7 milyon insan işemik ürək xəstəliyindən, 1.6 milyon insan xroniki ağciyər xəstəliklərindən, 1.3 milyon insan qırtlaq və ağciyər xərçəngindən əziyyət çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun