“Oksigen” və “Leyla Şıxlinskaya” klinikalarının adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı

“Oksigen” və “Leyla Şıxlinskaya” klinikalarının adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı
19 May 2021
Mətni dəyiş
Gəncə Hava Limanında Gəncə - Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayış saxta çıxıb. “Report”un məlumata görə, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib. Faktla bağlı hüquq mühafizə orqanları ciddi araşdırmalara başlayıb. “Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli sorğuya cavab olaraq bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz: “Bu kimi halların qarşısını almaq üçün dörd aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin arayışın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özünə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”. “Oksigen” klinikası isə məsələyə münasibət bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun