Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısının məhkəməsi başlayıb

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısının məhkəməsi başlayıb
21 May 2021
Mətni dəyiş
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 31-nə təyin edilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, bu ilin fevralında qurum Neftçala rayonunda əməliyyat keçirib. Həmin əməliyyat nəticəsində azı 6 nəfər şübhəli şəxs qismində həbs edilib. Saxlanılan şəxslər rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və Təhsil şöbəsinin müdiri Əjdər Kərimovdur. Ümumilikdə, son bir ildə Dövlət Təhlükəsizliyi Xidmətinin və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir sıra nazirliklərin yüksək vəzifəli şəxsləri, 6 rayonun icra başçıları, həmçinin çoxsaylı vəzifəli şəxslər həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun