“Moskva kiberhücum, zəhərlənmə və seçkilərə müdaxilədə iştirak etmir”

“Moskva kiberhücum, zəhərlənmə və seçkilərə müdaxilədə iştirak etmir”
18 May 2021
Mətni dəyiş
“Amerikanın İT şirkəti “SolarWinds”in proqram təminatının pozulmasının arxasında ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri dura bilər”. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “BBC”yə verdiyi müsahibəsində bildirib. “Bütün bunların müəllifinin kim ola biləcəyinə baxdıq. “The Guardian”a görə ABŞ və İngiltərədəki kəşfiyyat agentlikləri aparıcı texnologiya şirkətləri və internet provayderləri ilə gizli ortaqlıqlardan istifadə edərək, gizli təhlükəsizlik boşluqlarını kommersiya şifrələmə proqramına daxil ediblər”, - deyə Narışkin qeyd edib. Narışkin Moskvanın kiberhücumlarda, zəhərlənmələrdə, haker hücumlarında və seçkilərə müdaxilədə iştirak etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür ittihamlar “gülünc, yazıq və pis dedektiv kimi görünür”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun