Milli Məclis təkliflər sorğusu elan edib.
Sorğu milli məclisin inzibati binalarına zəif cərəyanlı sistemlərin alınması və quraşdırılması (1), darvaza avtomatikası və qapı aksesuarlarına illik texniki xidmət, “Milli Məclis” analitik jurnalının və bu qəbildən olan digər çap işləri, inzibati binalarında fasad örtüklərində, avtomobil parkında və həyatyanı sahələrində təmir bərpa işləri, inzibati binalarında eklektrik avadanlıqlarının torpaqlama konturlarının, kabellərin izolyasiyası müqavimətlərinin ölçülməsi və protokolların tərtib edilməsi, mətbəx və məişət texnikası avadanlıqlarının alınması və ehtiyyat hissələri də daxil olmaqla təmir işləri, rəhbərlik və qonaqlar üçün kresloların satın alınması məqsədi ilə əlaqədardır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 2-si, saat 18:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.