Microsoft Rusiya hakerlərinin yeni kiberhücumu barədə məlumat yaydı

Microsoft Rusiya hakerlərinin yeni kiberhücumu barədə məlumat yaydı
29 May 2021
Mətni dəyiş
Rusiya Federasiyası tərəfindən dəstəklənən və SolarWinds şirkətinə hücum edən haker qrupu bu həftə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bir email xidmətindən istifadə edərək daxili və xarici dövlət qurumlarına, düşüncə mərkəzlərinə məqsədli şəkildə hücumlar edib. Bu barədə Microsoft şirkəti məlumat verib. Microsoft-un vitse-prezidenti Tom Burt cümə axşamı blog yazısında beynəlxalq inkişaf, humanitar və insan hüquqları işləri ilə məşğul olan 150-dən çox fərqli təşkilatın 3000-dən çox emailinin hədəf alındığını bildirib. Lakin o, müdaxilə cəhdlərinin neçəsinin uğurlu olduğu barədə məlumat verməyib. Kiber təhlükəsizlik şirkəti Volexity isə ehtimal edir ki, hücumları edən hakerlər "hədəflərə sızmaqda çox az sayda müvəffəqiyyətə" nail ola biliblər. Burt hücumların Rusiya hakerlərinin "kəşfiyyat toplama səylərinin bir hissəsi olaraq xarici siyasətdə iştirak edən dövlət qurumlarını hədəf alması" istiqamətindəki çoxsaylı səylərinin davamı kimi göründüyünü bildirib. O, hədəflərin ən azı 24 ölkəni əhatə etdiyini deyib. Microsoft hakerlərin Constant Contact e-poçt marketinq xidməti vasitəsi ilə USAID-in hesabına giriş əldə etdiklərini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun