Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib

Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib
29 May 2021
Mətni dəyiş

“Bakı Metropolitenində qiymət artımı ilə bağlı sosial şəbəkələrdə və insanlar arasında yayılan məlumatlar əsasızdır”.

Bunu qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metropolitendə sərnişin daşımaları zamanı qoyulan qiymətləri Tarif Şurası müəyyənləşdirir: “Tarif şurası hazırda bu barədə heç bir qərar verməyib. Qiymətlərin artırılması üçün Bakı Metropoliteni yalnız Tarif Şurasına müraciət edə bilər. Hazırda isə belə bir müraciət edilməyib. 31 may tarixindən “Bakı Metropoliteni” QSC-də qiymətlər əvvəl olduğu kimi 30 qəpik olacaq”.

B. Məmmədov qeyd edib ki, pandemiya şəraitinə uyğun olaraq metroda sosial məsafə və maskadan düzgün istifadə qaydalarına ciddi nəzarət olacaq: “Vətəndaşları ciddi zərurət olmadığı halda metrodan istifadə etməməyə çağırırıq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun