Bu günlərdə Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağarın Mübariz Mənsimovun Yalıkavak Marina limanının rəhbərliyindən çıxarıldığına dair məlumatlar yayılıb.
Məsələyə münasibət bildirən Mehmet Ağar deyib ki, o özü bu postdan çəkilib.
"Söhbətlər yeni çıxanda istefa ərizəsi yazdım. Mənim Bodrumda nə işim var? Yəqin düşünüblər ki, belə olması hər kəsə xeyirdir. İndi səhhətimdə olan problemlərlə əlaqədar xəstəxanadayam", - deyə Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar bildirib.
Türkiyədə axtarışda olan mafiya lideri Sedat Peker canlı yayımda danışarkən bildirib ki, Mübariz Mənsimova saxta "Fetoçu" ittihamı irəli sürülərək sərvətləri əlindən alınıb. Bu işdə əsas rollardan birini keçmiş daxili işlər naziri Mehmet Ağar alıb və Mənsimova aid Yalıkavak Marina limanını onun nəzarətinə keçib.