"Lider Tv" və "Dalğa Tv"-nin yayımı dayandırılır

"Lider Tv" və "Dalğa Tv"-nin yayımı dayandırılır
24 May 2021
Mətni dəyiş

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider TV"nin lisenziyası ilə bağlı qərar verib.

Qərar MTRŞ-nin mayın 24-də keçirilən iclasında elan olunub.

Qərara əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilib və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılır.

Eyni zamanda, "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, "Mingəçevir" Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və "Alternativ Tele-Radio" MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun