Koçaryan erməniləri təhqir etdi

Koçaryan erməniləri təhqir etdi
25 May 2021
Mətni dəyiş
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan öz xalqını təhqir edib. Ermənistan mətbuatında yayılan xəbərlərdə onun seçicilər barədə fikirləri diqqət çəkib. Belə ki, Robert Koçaryan Nikol Paşinyana səs verməyi planlaşdıran seçiciləri intellektsiz adlandırıb. “İnsanın intellekt səviyyəsi nə qədər aşağıdırsa, Nikol Paşinyana səs vermək ehtimalı o qədər yüksəkdir”, - deyə o bildirib. Koçaryan həmçinin əlavə edib ki, “Hayastan” bloku seçkilərdən əvvəl hökumət rəhbərinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın reytinqini aşağı salmağa çalışac. Onun sözlərinə görə, hazırkı rəhbərliyin və Paşinyanın özünün müəyyən bir reytinqə var və rəy sorğusu aparan insanların dürüstlüyünə şübhə etməyə meyilli deyil: “Ancaq əminik ki, parlamentdə onunla əməkdaşlıq etməyə hazır olan qüvvələr olmadığı təqdirdə hökumət qurmaq mümkün deyil. Bu siyasi qüvvə hökumət qura və idarə edə bilməyəcək. Bu göz qabağındadır. Ancaq reytinqi sona qədər aşağı salmağa çalışacağıq”. Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20- nə təyin edilib. Seçki kampaniyası isə rəsmi olaraq 7 İyunda başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun