Kissincer yeni dünya müharibəsi barədə xəbərdarlıq edib

Kissincer yeni dünya müharibəsi barədə xəbərdarlıq edib
22 May 2021
Mətni dəyiş
Çin və ABŞ arasındakı münaqişədə qalib tərəf olmayacaq. Hər şey, dünya müharibəsində olduğu kimi, tərəflərin bütün resurslarının tükənməsilə yekunlaşacaq. Bunu “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib. O qeyd edib ki, Tramp hakimiyyətinin son aylarında iki ölkə arasındakı ziddiyyətlər daha da kəskinləşib. Lakin Bayden administrasiyası bu qarşıdurmanın həm ABŞ-la Çin, həm də bütün dünya üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayır. Diplomat amerikalıların Çini daimi düşmən kimi gördüklərini də vurğulayıb. Kissincer əlavə edib ki, Çinlə münasibətlərdə yaranmış vəziyyətdən çıxış yolu tapmaq yeni ABŞ hökuməti üçün çətin olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun