İran öz yaratdığı peyvəndi insanlar üzərində uğurla sınaqdan keçirib

İran öz yaratdığı peyvəndi insanlar üzərində uğurla sınaqdan keçirib
5 May 2021
Mətni dəyiş
İran bu gün koronavirusa qarşı öz peyvəndini insanlar üzərində uğurla sınaqdan keçirdiyini bəyan edib. Yeni peyvənd keçən il öldürülmüş tanınmış iran atom fiziki Mohsün Fəxrizadənin şərəfinə "Fəxra" adlandırılıb. Peyvəndin sınağı zamanı könüllü kimi alimin oğlu da iştirak edib. Fəxrizadənin rəhbərliyik etdiyi İran Müdafiə Nazirliyinin araşdırmalar mərkəzinin nəzdində hazırlanan peyvəndin ilk klinik sınaqları mart ayında keçirilib. İran koronavirusa qarşı bir neçə peyvənd yaradıb. Aprel ayının sonunda İran alimlərinin yaratdığı COV Iran Barakat adlı peyvəndin sınaqlarının üçüncü fazası keçirilib. İranda koronavirusla mübarizə komitəsinin rəhbəri Mustafa Qaneyi deyib ki, ölkənin öz alimləri tərəfindən yaradılmış peyvəndin istifadəsinə may ayında izn verilə bilər, digər peyvəndlər isə hələ 2-3 ay sınaqdan keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun